Misir atəşkəs müqabilində HƏMAS-a 33 girovu azad etməyi təklif edirbackend

Misir atəşkəs müqabilində HƏMAS-a 33 girovu azad etməyi təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan 33 girovu azad etmək üçün Misirdən təklif alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

Misirin Qəzzada hərbi əməliyyatların müvəqqəti dayandırılması müqabilində girovları azad etməyi təklif etdiyi bildirilir. İsrail bu təklifin hazırlanmasında iştirak edib, baxmayaraq ki, İsrail hakimiyyəti bununla tam razı deyil.

Misirin planı iki mərhələdən ibarətdir. İlkin olaraq 20-33 girov bir neçə həftə ərzində döyüş əməliyyatlarının dayandırılması müqabilində azad edilməlidir. İkinci mərhələ daimi atəşkəsə nail olmaq üçün səyləri əhatə edəcək.