Türkiyənin “Qalatasaray” klubu Arda Turanla yeni müqavilə imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, 34 yaşlı oyunçu ilə klub arasındakı anlaşma bir illik müddəti əhatə edir.
Mətbuata açıqlamalar verən A.Turan “sarı-qırmızılar”ın heyətinə qatıldığı ilk gündəki kimi həyəcanlı olduğunu bildirib. Yarımmüdafiəçi, həmçinin ötən mövsümdən nəticə çıxardıqlarını və azarkeşlərə futbolun ən gözəlini nümayiş etdirmək istədiklərini qeyd edib.
Oxu.az