“Fənərbaxça”nın Superkubok cəzaları açıqlanıb, “Qalatasaray” qalib elan olunubbackend

“Fənərbaxça”nın Superkubok cəzaları açıqlanıb, “Qalatasaray” qalib elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbaxça”nın Superkubok cəzaları açıqlanıb, “Qalatasaray” qalib elan olunub.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurası qərar verib.

Qərara əsasən, “Fənərbaxça”ya 0:3 hesablı texniki məğlubiyyət verilib və 4 milyon TL cərimə tətbiq olunub.

Digər tərəfdən, “sarı-lacivərd”i meydandan çıxaran Ahmet Ketencinin 60 günlük həbs və 520 min TL pul cəzası aldığı açıqlanıb.

Superkubok matçı zamanı “Qalatasaray” azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə “sarı-qırmızılar” ümumilikdə 212 min TL ziyana düşüb.

Bu qərarlardan sonra 2022/23 Superkubokunun sahibinin “Qalatasaray” olduğu qeydə alınıb.

Qeyd edək ki, “Fənərbaxça”nın 19 yaşadək futbolçulardan ibarət komandası Türkiyə Superkubokunun finalında “Qalatasaray”la matçın 3-cü dəqiqəsində meydandan çəkilmişdi.