Koronavirus infeksiyasını keçirən insanlar üçün yüksək miqdarda C vitamini və digər antioksidantlar olan giləmeyvələr yemək faydalıdır.
NOCOMMENT.az “MedikForum”a istinadən xəbər verir ki, giləmeyvələrin COVID-19-dan sonra tam sağalma və bərpanı sürətləndirməsinə kömək etdiyi barədə həkim terapevt, qidalanma mütəxəssisi Rimma Moysenko verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, giləmeyvədə olan antioksidantlar – məsələn, poliprenollar, polifenollar – xəstəlikdən sonra bərpaolunan orqanizmə güc qatır. Onları əldə etmək üçün tünd rəngli giləmeyvələr – “qarabəhərli quşarmudu, qara və qırmızı qarağat, moruq” yemək faydalıdır.
Giləmeyvələrlə yanaşı, Rimma Moysenko xəstəlikdən sonra sağalanlara çox miqdarda tərəvəzlər, göy-göyərti, meyvəköklü və kökyumrulu bitkilərin gövdə və yarpaqlarını qəbul etməyi məsləhət görür. Onların sayəsində orqanizm lif, B9 vitamini, fol turşusu, əlavə antioksidantlar alır. Bütün bunlar, həmçinin koronavirus xəstəliyindən sonra insanın yaxşı formaya qayıtmağını sürətləndirir.
Qafqazinfo.az