İntiharların səbəbi nədir? Cəmiyyət, ya valideyn?backend

İntiharların səbəbi nədir? Cəmiyyət, ya valideyn?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Son 12 ildə Azərbaycanda intiharların sayı 4 dəfədən çox artıb.

Fərdlərin intihara meyilli olmasının səbəbləri isə müxtəlifdir. Yeniyetmə və azyaşlıları intihara sürükləyən nədir? Cəmiyyət, yoxsa valideyn?

“Əslində cəmiyyəti heç bir şeydə qınaya bilmərik. Heç bir cəmiyyət şəxsi intihar etməyə zorlaya bilməz. Cəmiyyəti yaradan da elə fərdlərdir, buna görə də bu nöqsanlar bizə aiddir. Əgər burda bir yanlışlıq varsa, səhvi öncə özümüzdə görməliyik.”

Bu barədə NOCOMMENT.az-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova danışıb.

Onun sözlərinə görə, intihar 3 formada cərəyan edə bilir: “Bunlardan biri intiharın genetik formasıdır. İntiharın genetik keçidi artıq öz təsdiqini tapıb. Bu faktorda qan qohumluğu, əsasən, ata tərəf burda əsas rol oynayır. İkinci növ isə isterik intiharlardır. Bunun əsas səbəbi uşaqların, yeniyetmələrin əsas istəyi valideynlərinin diqqətini çəkməkdir. Bu tip intiharlar şantaj xarakteri daşıyır, əslində həmin fərdlər ölmək istəmir. Bir digəri isə psixoloji durumla bağlı olan bir məsələdir. Bu gün ən aktual sosial durumdur. Bunun yaranma səbəbləri isə müxtəlifdir: küllü miqdarda borclanma, təcavüzə məruz qalmaq, sosial dayanıqlığın , yaşam tərzinin aşağı səviyyəyə düşməsi, evdə qınamalar, cəmiyyətdən təcrid və s”.

Psixoloq qeyd edib ki, ailədə basqı məsələsi intihar prosesini tezləşdirə bilər: “Valideynin övladı üzərinə durmadan qadağalar qoyması bu mərhələni tezləşdirir. Mən deməzdim ki, qadağalar ümümiyyətlə olmasın, olmalıdır, lakin hər şeyin sərhədləri var”.

Ülviyyə Murtuzova onu da əlavə edib ki, intiharları azaltmaq üçün valideyn və övlad arasında düzgün bağlar qurulmalıdır ki, uşaqlar problemlərinin həlli üçün yadlara deyil, onlara yönlənsin.

                                                                                                                                                                                                  Nərmin Vüqarqızı