Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.
NOCOMMENT.az xəbər verir ki, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib.
Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. APA













