Bakıda arvadını öldürən hakimə hökm oxunubbackend

Bakıda arvadını öldürən hakimə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Daha sonra hökm oxunub.

Hökmə əsasən, F.Əhmədov ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 10 il müddətinə azadlıqdan mərhum edilib.