Əfqanıstanda məsciddə partlayış törədilib.
NOCOMMENT.az xəbər verir ki, hadisə ölkənin Qəndəhər şəhərində yerləşən şiələrə aid İmam Bərgah məscidində meydana gəlib. Taliban qüvvələri məscidə gedən bütün yolları bağlayıblar.
Partlayış nəticəsində 32 nəfər ölüb, 53 yaralı var.
Mənbə: Haber7