Saakaşvilinin Gürcüstana hansı yolla gəldiyi məlum oldubackend

Saakaşvilinin Gürcüstana hansı yolla gəldiyi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı ittiham irəli sürüb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, ittihamda siyasətçinin ölkəyə daxil olma marşrutu göstərilib.

İstintaq çərçivəsndə müəyyən olunub ki, sentyabrın 28-də saat təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk limanından “Vilnüs” adlı gəmi daxil olub.

Sentyabrın 29-da saat 01:04-də gəmidən “IKA TRANS Ltd.” şirkətinə məxsus süd məhsulları ilə yüklənmiş qoşqulu SCANIA yük maşını çıxıb. Avtomobil əvvəlcə körpüdə dayanıb, qeydiyyatdan öncə gözləmə zonasında olub və buradan 01:44-də çıxışa yollanıb. Bir neçə on metr hərəkət edəndən sonra saat 01:47-də Poti limanı ərazisində yük maşını saxlanılıb və sürücü maşının arxa qapısına istiqamətlənib, oradan saat 01:49-da Mixail Saakaşvili yük maşınının kabinəsinə sağ tərəfdən daxil olub.

Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib.

Qeyd olunan tarixdə saat 02:00-da M.Saakaşvili onu qarşılayan “Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri kəndinə, daha sonra isə mikroavtobusla Lançxuti-Poti-Ozurgeti-Kobuleti yolu ilə Batumiyə yola düşüb.

Qeyd edək ki, qonşu ölkənin üçüncü prezidenti oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.