Mourinyo ağır məğlubiyyətdən sonra futbolçularını sərt tənqid edibbackend

Mourinyo ağır məğlubiyyətdən sonra futbolçularını sərt tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyo Norveçdə “Budyo Qlimt”ə böyük hesabla uduzduqları UEFA Konfrans Liqasının qrup matçından sonra futbolçularını sərt tənqid edib.

NOCOMMENT “Corriere dello Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bəzi oyunçuların “canavarlar”ın formasını geyinməyi haqq etmədiyini bildirib.

Mourinyo bir neçə futbolçunun Norveç çempionatında, hətta B Seriyasında belə, oynamağa layiq olmadığını söyləyib.

Qeyd edək ki, “Roma” səfərdə “Budyo Qlimt”ə 1:6 hesabı ilə uduzub.