Qadınlar 30 yaşdan sonra müəyyən xəstəliklər riskinə daxil olur. Bunlar süd vəzi, uşaqlıq yolu xərçəngi, diabet və hormonal xəstəliklərdir.
Hər bir qadın profilaktik olaraq ildə 1 dəfə qadın çek-apından keçməlidir.
Bu müayinələrə nələr daxildir.
NOCOMMENT.az xəbər verir ki, qadınlar 18 yaşdan başlayaraq, 6 aydan bir ginekoloq, ildə 1 dəfə mammoloq və endokrinoloq qəbulunda olmalıdır.
Eləcə də stomatoloq – ağız boşluğu, dişlərin vəziyyəti və nevroloq- sinir sistemini müayinə vacibdir.
33-35 yaşdan sonra mütləq ildə bir dəfə:
– kardioloq – ürəyin müayinəsi
– Endokrinoloq –hormonal status və diabet üçün
– Oftalmoloq – göz dibi və gözlərdə dəyişiklik
– Qastroenteroloq – mədə-bağırsaq
Bu həkimlərdən tibbi sığorta xətti, illik dispanserizasiya – poliklinikalarda məcburi dövrü yoxmalar zamanı və ya özəl klinikalarda şəxsi təşəbbüslə keçmək olar
Hansı analizlər mütləqdir:
– Ümumi və biokimyəvi analiz
– Sidiyin analizi
– Ginekoloji yaxma əkilməsi
– Uşaqlıq boynundan sitoloji analiz
– Vitamin D, ferritin analizi
– Bəzi mineral, vitaminlər analizi
– TSH, T3, T4 analizi
– USM – süd vəzi, ginekoloji, qalxanvari vəz
– Kardioqramma, EXQ
– Ağ ciyərlərin rentgeni
– Ayaq venalarının dopleri
Bu müayinələr orqanizmdə dəyişiklikləri göstərir, xəstəliklərin qarşısını almağa yardımçı olur. Xüsusilə yumurtalıq, uşaqlıq və uşaqlıq boynu, zob və süd vəzi xərçənginə qarşı daim diqqətli olmalısız.
Medicina.az