Bayramda arıqlamağın ən təhlükəli yolubackend

Bayramda arıqlamağın ən təhlükəli yolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayramlarında arıqlama dərmanların köməyi ilə çəkini nəzarətdə saxlamağa çalışmaq təhlükəli və səmərəsiz ola bilər.

NOCOMMENT.az Cebhe.info-ya istinadən xəbər verir ki,bunu “The Guardian”-a İngiltərə Ruskin Universitetindən fizioloq Saymon Kork və Hull Universitetindən (Böyük Britaniya) endokrinoloq Harşal Deşmux bildiriblər.

Həkimlər bayram qabağı və ya bayram günlərində arıqlamaq istəyənləri “Ozempic”, “Ve q ovi” kimi arıqlayan dərmanlara etibar etməməyə çağırıblar. Bu dərmanların aktiv tərkib hissəsi olan semaqlutid insan doyarkən ifraz olunan GLP-1 hormonunu təqlid edir. Bu, qan şəkərinin səviyyəsini aşağı salan mədəaltı vəzidə insulinin salınmasını stimullaşdırır. Bundan əlavə, bu cür dərmanların qəbulu həzmi yavaşladır.

Bəzi insanlar bayramda həddindən artıq yeməyin təsirlərini aradan qaldırmaq üçün belə dərmanlardan istifadə edirlər. Ekspertlər bayram günlərində çox kalori qəbul edənlərdə bu cür dərmanların qəbulunun çəki artımının qarşısını ala bilməyəcəyini bildirib. Üstəlik, onlar sizə tez arıqlamağa kömək etməyəcəklər. Bunun əvəzinə sağlam qidalanma və idmanla məşğul olmaq tövsiyə olunur.

Endokrinoloq Deşmux həmçinin qeyd edib ki, effektivliyə nail olmaq üçün həkim tərəfindən dərmanın dozasını diqqətlə seçmək lazımdır. Tətil mövsümündə dərmandan istifadə səmərəsiz və təhlükəli ola bilər. Dərmanlar ürəkbulanma, başgicəllənmə, qəbizlik və baş ağrısı kimi yan təsirlərə səbəb olur.