Məşhur aparıcı Zəfər konsertində yıxıldı, qolu sındı – FOTObackend

Məşhur aparıcı Zəfər konsertində yıxıldı, qolu sındı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur xəbər aparıcısı Jalə Həsənlinin 8 noyabr – Zəfər Günü təşkil olunan konsertdə başına iş gəlib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, o, aparıcısı olduğu Dənizkənarı Milli Parkdakı konsertdə səhnədən yıxılaraq xəsarət alıb.

Aparıcı bu haqda belə yazıb: “Necə deyərlər, igid odur, atdan düşə atlana, igid odur, hər əzaba qatlana. Yıxılsam da, ayaqdayam. Maraqlanan dostlar, hər birinizə təşəkkür edirəm. Narahat olmayın, qolum 2 nahiyədən sınıb, həkim toparlamağa çalışıb. Hər şey əladır, buna da şükür”.