Gəncədə dələduzluq və oğurluqla məşğul olan şəxs tutulub.
NOCOMMENT.az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini N.Əliyevin dələduzluq yolu ilə pulunu almaqda şübhəli bilinən A.Puşkaryov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda daha 11 nəfərə qarşı dələduzluq etməsi və 3 evin həyətindən su mühərrikləri oğurlaması da müəyyən edilib.