Azərbaycanın azad etdiyi qadın snayper yenə İrəvana gəldibackend

Azərbaycanın azad etdiyi qadın snayper yenə İrəvana gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük II Qarabağ müharibəsi zamanı Şuşada əsir götürülən və sonra Azərbaycanın humanizm prinsiplərinə sadiq qalaraq həbsdən azad etdiyi Livan vətəndaşı Maral Nacaryanla bağlı yeni xəbər var.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Maral Nacaryan Livandan Ermənistana köçüb.

Onun hazırda İrəvanın yaxınlığındakı kəndlərin birində, aylıq kirayəsi 60 min dram olan soyuq, narahat evdə yaşadığı bildirilir. Dövlət tərəfindən heç bir dəstək almadığı qeyd olunan Maral Nacaryanın dizində iltihab əmələ gəldiyi, onurğasında problem yarandığı və çətinliklə yeriyə bildiyi xəbər verirlir.

Nacaryanın hər gün İrəvana gəlib iş axtardığı da söylənilir.

Erməni blogerlərdən biri Maral Nacaryanın indiki durumdan çıxarılması üçün sosial şəbəkədə çağırış edib. O, imkanı olan erməniləri dəstək olmağa çağırıb.

Maral Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılmışdı.

O, Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdi.

Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu il martın 10-da azad edilmişdi.