Paytaxtın Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”də yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki,186 nömrəli avtobusla taksi toqquşub. Hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Qəzanın baş vermə səbəbi araşdırılır.