“Quterreş Azərbaycanla Ermənistan arasında əlaqələrin davam etməsində Rusiyanın rolunu yüksək qiymətləndirir”.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Qutrreşin ofisindən bildirib.
“BMT-nin Baş katibi noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır, həmçinin Rusiyanın təmasların və dialoqun davam etdirilməsindəki rolunu təqdir edir”, – deyə məlumatda bildirilir.