Metroda gənc oğlan özünü yandırmaq istədibackend

Metroda gənc oğlan özünü yandırmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, hadisə ötən gün saat 21 radələrində “Gənclik” stansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.