Prezident İlham Əliyevin Belçikaya səfərindən öz xain məqsədləri üçün istifadə etməyə çalışan və xaricdəki ağalarının sifarişini yerinə yetirən bir qrup avantürist və milli satqın təxribat törətməyə cəhd göstərib.
NOCOMMENT.az xəbər verir ki, Belçikada fəaliyyət göstərən və özündə bütün təbəqələrdən olan azərbaycanlıları birləşdirən “Belçika Azərbaycanlıları Federasiyası” diaspor təşkilatının nümayəndələri bu xain təxribatın fiaskoya uğraması üçün əllərindən gələni ediblər və dövlət başçısına dəstək aksiyaları keçiriblər.
Belçikada yaşayan ağsaqqal, “Belçika Azərbaycanlıları Federasiyası” diaspor təşkilatının Ağsaqqallar Şurasının sədri Xudu Babayev təxribat törətməyə cəhd edən avantüristlərə müraciət edib. O bu cür hərəkətləri düşmənin əlinə bayraq vermək kimi dəyərləndirib:
“Bu çox böyük tərbiyəsizlikdir. Azərbaycan xalqına və milli dəyərlərimizə yaraşmayan bir tərbiyəsizlikdir. Haqq-ədalət var. Prezident Avropaya mühüm iş üçün səfər edib. Başımızı bütün Avropada uca edib. Əyilən qamətimiz düzəlib. Qarabağ boyda ağır daş qəlbimizdə asılıb qalmışdı. Bu daş ürəyimizdən düşüb, torpaqlarımız işğaldan azad olunub. Ölkə başçısı əlindən gələni edir. Bu bizim Prezidentimizdir”.
Xudu Babayev bildirib ki, bu adamlar qurşaqdan aşağı danışırlar:
“Onlara ayıb olsun. Təmizlikdən, düzlükdən, kişilikdən söz edirlər. Amma mən bu adamlarda o xüsusiyyətləri görmürəm. Belə hərəkətlər etmək olmaz. O bizim Prezidentimizdir. Heç kimin ailəsinə, övladına qurşaqdan aşağı söz demək kişiyə yaraşan hərəkət deyil” – Xudu Babayev fikirlərini tamamlayıb.
konkret.az