Nə qədər təhsil işçisi vaksin vurdurub? – RƏSMİbackend

Nə qədər təhsil işçisi vaksin vurdurub? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günə qədər 90 faiz təhsil işçisi iki doza vaksinasiyadan keçib. Hazırda buster doza ilə bağlı işlər davam etdirilir”.

NOCOMMENT.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

“Biz əvvəldən demişdik ki, ənənəvi təhsil üçün vaksinasiya vacibdir. Mən o insanlara təşəkkür edirəm ki, fəal iştirak nəticəsində biz övladlarımızı təhsillə əhatə edə bildik.

Cəmiyyətin də burada böyük rolu var. Proses davam etməlidir ki, bu uğuru yarımçıq kəsməyək”, – nazir qeyd edib.