Bu peyvəndin əlavə təsiri var imiş – Şirkətdən etirafbackend

Bu peyvəndin əlavə təsiri var imiş – Şirkətdən etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AstraZeneca” Oksford Universiteti ilə birlikdə hazırladığı koronavirus peyvəndinin nadir bir əlavə təsirə səbəb ola biləcəyini ilk dəfə etiraf edib.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada davam edən məhkəmə işi zamanı üzə çıxıb.

Belə ki, 2021-ci ilin aprelində Covid peyvəndi vurulan Cemi Skot adlı şəxsin beynində laxtalanma baş verib. Beynindəki zədə səbəbindən iş qabiliyyətini itirən 2 uşaq atası “AstraZeneca”yı məhkəməyə verib.

Peyvənddən sonra oxşar problemləri olduğunu iddia edən 51 nəfərin də məhkəməyə müraciət etməsindən sonra iş böyüyüb.

Hüquqşünaslar “AstraZeneca”-Oxford peyvəndinin “qüsurlu” olduğunu və bir çox ailədə dağıdıcı əlavə təsirlərə səbəb olduğunu iddia edib.

Şirkət daha əvvəl iddiaları rədd etsə də, sonradan vaksinin nadir hallarda TTS-ə səbəb ola biləcəyini etiraf edib.

“AstraZeneca”yı məhkəməyə verən qurbanlar və onların qohumları 100 milyon funt-sterlinqə qədər təzminat tələb edirlər.

Xatırladaq ki, sözügedən peyvəndin tətbiqindən bir neçə ay sonra elm adamları vaksinin ciddi əlavə təsirlərini müəyyən etdikləri üçün 40 yaşdan aşağı olanlara alternativ olaraq digər peyvəndləri vurdurmağı tövsiyə edirdilər.

“AstraZeneca”nın bu günə kimi İngiltərədə bu vaksinin vurulduğu 50 milyon nəfərdən 73-nün ölümünə səbəb olduğu deyilir.

Qeyd edək ki, trombositopeniya sindromu ilə tromboz (TTS) qan laxtalarının meydana gəldiyi və eyni zamanda trombositlərin sayının azaldığı bir tibbi vəziyyətdir. Bu laxtalar tez-tez bədənin müxtəlif yerlərində, xüsusən də beyin, qarın və ya ayaqların dərin damarları kimi böyük damarlarda əmələ gələ bilər.