Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 595 yeni yoluxma faktı qeydə alınıb, 753 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 616 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 599 546 nəfər müalicə olunaraq sağalıb, 8 358 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 043 nəfər təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 549, bu günə qədər isə ümumilikdə 5 863 885 test icra olunub.