Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? – AÇIQLAMAbackend

Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ötən il yanvar-noyabr aylarında 1 493 nəfər qızılcaya yoluxub. Ölkədə ötən il qızılcaya yoluxanlar arasında ağırlaşma və ölüm hallarına da rast gəlinib. Ölüm halları əsasən, uşaqlar və tələbələr arasında qeydə alınıb.

Bəs hazırda qızılca xəstəliyinə yoluxanların sayında hansı dəyişiklik var?

NOCOMMENT.az xəbər verir ki, infeksionist-hepatoloq Mərdan Əliyev Bizim.Media-ya deyib ki, 2023-cü ilin noyabr ayından sonra qızılcaya yoluxma halı daha çoxdur:

“Qızılca səviyyəsi peyvənd olunma səviyyəsi ilə tərs mütənasibdir. Yəni peyvənd olunma səviyyəsi yüksək olan yerlərdə qızılcaya yoluxma sayı az, peyvənd olunma səviyyəsi az olan yerlərdə qızılcaya yoluxma yüksək olur.

Azərbaycanda ötən ilin yanvarından noyabr ayına qədər qızılcaya yoluxanların sayı məlumdur. Hesab edirəm ki, noyabrdan sonra daha yüksək yoluxma sayları müşahidə edildi. Onları da nəzərə alsaq, yoluxma sayı xeyli dərəcədə çoxalar”.

O bildirib ki, hazırda yoluxanların sayında azalma müşahidə edilir:

“Qızılca xəstəliyi koronavirus xəstəliyi kimi deyil, koronavirusda alovlanma aylarla, illərlə davam etdi. Qızılca xəstəliyi koronavirusdan 10-20 dəfə daha sürətli yoluxma qabiliyyətinə malik olduğu kimi, burada alovlanma da, sönmə də sürətli baş verdi. Buna görə hazırda qızılcaya yoluxma halları xeyli azalıb. Özüm də təcrübi fəaliyyətlə məşğulam, ona görə də öz təcrübəmdən bilirəm ki, yoluxma sayı xeyli dərəcədə azalıb. Bəzən ağırlaşma halları müşahidə olunur, yəni tək-tək qızılca xəstələrinin ağırlaşmaları ilə müraciət edənlər olur”.