Paşinyan Azərbaycanla sərhədə gəldi – FOTO/VİDEObackend

Paşinyan Azərbaycanla sərhədə gəldi – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın müşayiəti ilə silahlı qüvvələrin Azərbaycanla sərhəddəki hərbi mövqelərinə, eləcə də hərbi hissələrdən birinə baş çəkib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan döyüş mövqelərində xidmət edən əsgər və komandirlərlə görüşüb.

Nikol Paşinyan

Ermənistan baş naziri postlara baxış keçirib, cəbhə xəttində aparılan işlər, eləcə də hərbi qulluqçuların xidmət şəraiti ilə tanış olub.

Paşinyan hərbçilərin bayramını təbrik etdikdən sonra onlarla birlikdə bayram şam yeməyində iştirak edib. Baş nazirin hansı istiqamətdə yerləşən hərbi hissədə olduğu bildirilməyib.