3+3 formatının ikinci görüşü: Tiflis yenə qatılmayacaqbackend

3+3 formatının ikinci görüşü: Tiflis yenə qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3+3 formatında ikinci görüşə də Gürcüstan qatılmayacaq.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Türkiyədəki səfiri Georgi Cancqava “Deyli Sabah”a müsahibəsində deyib.

Səfir deyib ki, Gürcüstan Türkiyə və Azərbaycanı strateji partnyor, Ermənistanı isə tarixi və yaxşı qonşu hesab edir: “Ancaq Rusiya Gürcüstanın 20 faiz ərazisini işğal edən ölkədir”.

Qeyd edək ki, 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran) ötən il 10 dekabrda Moskvada keçirilən ilk görüşə də Tiflis qatılmamışdı.