Vüqar Səfərlinin cinayətlərində redaktorların da günahı varbackend

Vüqar Səfərlinin cinayətlərində redaktorların da günahı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər müəyyən irəliləyişlər olsa da, Azərbaycan mətbuatı hələ öz funksiyasını tam yerinə yetirə bilmir. Mətbuatdan gözləntilər böyükdür. Ümid edirəm media haqqında yeni qanun mətbuatın əvvəlki hüquq və funksiyasını bərpa edəcək. Amma indi etiraf etməliyik ki, mətbuata ictimai etimad yoxdur.

NOCOMMENT bakipost-a istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) media rəhbərləri ilə “İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda baş tutan tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu (Musayev) bildirib.

Baş redaktor bu vəziyyətin yaranmasında jurnalistləri, xüsusən media rəhbərlərini günahkar hesab edir.

O qeyd edib ki, özünə nəzarət edə bilməyən, özündə baş verən neqativ hallara etiraz etməyən, onu işıqlandırmayan mediaya ictimai etimad ola bilməz: “İstintaq və məhkəmə prosesində illərlə mediaya rəhbərlik etmiş bir şəxsin – KİVDF-nin sədri Vüqar Səfərlinin böyük cinayətləri üzə çıxdı. Onun fəaliyyətindən hamının xəbəri var idi, amma onu bir jurnalistin tənqid etdiyini görməmişəm. Əgər jurnalistika öz sahəsi ilə bağlı bu boyda neqativ halları, hadisələri yaza bilmirsə, deməli, onun öz funksiyasını yerinə yetirməsindən söhbət belə gedə bilməz”.

Alqış Həsənoğlu qeyd edib ki, media vaxtında V.Səfərlinin əməllərini ifşa etsəydi, bu boyda cinayətləri də törətməzdi.