RT kanalının baş redaktoru, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan özünü Kim Kardaşyanla müqayisə edib.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.
Simonyan bildirib ki, o, Kardaşyanla eyni millətdəndir, eyni ildə doğulublar və “identik” oxşarlıqları var: boy, ayaq və bel ölçüsü…
“Ancaq fərqli talelərdir. Görünür ki, məsələ beldə deyil”, – deyə Simonyan yazıb.
Qeyd edək ki, hər iki erməni 1980-ci il təvəllüdlüdür.