Ukraynada Marqarita Simonyana cinayət işi açılıbbackend

Ukraynada Marqarita Simonyana cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı teleaparıcı Marqarita Simonyanı bu ölkənin ərazi bütövlüyünə qəsddə ittiham edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, M.Simonyan barəsində cinayət işi açılıb. O, Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən, Ukraynanın ərazi bütövlüyünə qəsd, hərbi hərəkətlərin təbliğində ittiham olunur.

Bundan başqa, Ukrayna Təhlükəsizlik Xidməti M.Simonyanı soyqırımına çağırışlarda da şübhəli elan edib. Təşkilat M.Simonyanı ukraynalı uşaqların kütləvi qətlinə çağırışda, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün təşviqat aparmaqda günahlandırıb.

Qeyd edək ki, Ukrayna 2022-ci ilin mart ayında da M.Simonyanı oxşar maddələrlə ittiham etmişdi.