Ukrayna ordusu Rusiya ordusuna məxsus “İsgəndər-M” raket komplekslərinin diviziyasını məhv edib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, məhvetmə əməliyyatı Çerinqov istiqamətində həyata keçirilib.
Əməliyyatı Ukrayna ordusunun “Şimal” komandanlığı həyata keçirib.
“Çerniqov istiqamətində “Şimal” əməliyyat komandanlığının bölmələrindən biri mülki əhalini atəşə tutan “İsgəndər-M” diviziyasını məhv edib”, – məlumatda deyilir.