Qərb İrəvana ən sərt sanksiyalar tətbiq edə bilərbackend

Qərb İrəvana ən sərt sanksiyalar tətbiq edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verməsi xəbəri rəsmi təsdiqini tapsa, kollektiv Qərb Ermənistanı da sanksiyalar siyahısına daxil edə bilər.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

“Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verən ölkələr sanksiyaların hədəfindədir. Buna misal olaraq Belarusu göstərmək olar. Yada salaq ki, Suriyadan muzdluların Rusiya tərəfdə döyüşməsi üçün Ukraynaya aparılmasında da Ermənistanın vasitəçilik etməsi barədə ciddi məlumatlar mövcuddur. Hesab edirəm ki, bu məlumatlar Qərbin xüsusi qurumlarına çatdırılarsa, əhəmiyyətli nəticələri olacaq. Ermənistanı buna görə ən sərt sanksiyalar gözləyir, hətta SWİFT-dən də çıxarıla bilər”, – deyə professor qeyd edib.