Ermənistanda zabit zabiti döyür – RƏSMİ AÇIQLAMAbackend

Ermənistanda zabit zabiti döyür – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qərargah rəisi hərbi hissənin zabitlərindən birinə bədən xəsarəti yetirib”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş prokurorun müşaviri Qor Abramyan özünün feysbuk səhifəsində yazıb: “Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində dünəndən etibarən mətbuatda qərargah rəisinin mübahisə zəminində hərbi hissənin zabitlərindən birinə bədən xəsarəti yetirməsi barədə məlumatlar dərc olunur.

Məlumat üçün bildirməyi zəruri hesab edirəm ki, Hərbi Polisin Martuni İdarəsinə daxil olan əməliyyat məlumatı, habelə Ermənistan Müdafiə Nazirliyinin Vardenis rayonunda yerləşən N saylı hərbi hissəsindən daxil olan məlumat əsasında hadisə ilə bağlı materiallar aprelin 2-də Ermənistan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180-181-ci maddələrinə uyğun olaraq hazırlanmışdır.

Nəticədə, əldə edilmiş faktiki məlumatlar əsasında bu gün, aprelin 4-də Sevan qarnizonunun hərbi prokurorluğunda Ermənistan Respublikası Cinayət Məcəlləsinin 358.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb.

Cinayət işi ibtidai istintaqın aparılması, hadisənin bütün hallarının, habelə hadisənin başvermə səbəblərini obyektiv, tam və hərtərəfli araşdırma yolu ilə müəyyən etmək, o cümlədən aidiyyəti olan şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Ermənistan Respublikası Penitensiar Xidmətinin Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizon İstintaq Bölməsinə göndərilib”

Xatırladaq ki, bu, Ermənistan ordusunda baş verən hadisə ilk deyil. Belə ki, ötən il də Ermənistan ordusunda əsgərlər, habelə zabit heyəti arasında bu səpkili hadisələr baş verib.