2022-ci ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları tərəfindən Almaniya miqasiya orqanlarına 267 sığınacaq ərizəsi daxil olub.
NOCOMMENT xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.
Məlumatda deyilir ki, sığınacaq müraciətlərindən 185-i ilk dəfə, 82-si isə ikinci və üçüncü dəfə olan müraciətlər olublar.
“Bu ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları ilə bağlı ümumilikdə 213 qərar qəbul edilib. Sığınacaq müraciətlərinin yalnız 12,2 %-nə müsbət cavab verilib. 68 iş üzrə mənfi qərar çıxarılıb, 119 işə digər prosedurlar səbəbindən baxılmayıb”, – deyə BAMF-dan bildirilib.
Federal idarənin son statistik məlumatına görə, ötən ay federal idarəyə ümumilikdə 51 589 sığınacaq ərizəsi daxil olub.