Böyük Britaniya miqrantları saxlamağa başlayıbbackend

Böyük Britaniya miqrantları saxlamağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Daxili İşlər Nazirliyi Ruandaya deportasiya etməyi planlaşdıran qanunsuz miqrantları saxlamağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, nazirlikdən bildirilib ki, bu tərəfdaşlıq miqrantları La-Manş vasitəsilə ölümcül kanallararası səyahətdən çəkindirəcək.

Qanunsuz mühacirlərin müvəqqəti saxlanılması üçün hazırlanan mərkəzlərdə 2,2 minə qədər insan qala bilər.

Britaniya hökumətinin planlarına görə, saxlanılanların Ruandaya kütləvi deportasiyası 9-11 həftə sonra başlayacaq.