Mayın 8-də saat 22 radələində rayon sakini A.B.-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Şəki Rayon Prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M. (şərti) A.B.-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.
17 may 2022-ci il tarixdə S.M. Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.