Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATIbackend

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir.

Daha bir məqam isə özünü asaraq intihar edən qızın qardaşı – Bəhruz Quliyevin 1992-ci il şəhidi olmasıdır. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

Onun nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilir.

Faktla bağlı araşdırma aparılır.