Ermənistanın paytaxtı İrəvanın küçələrindən üzərində Mustafa Kamal Atatürk və Fateh Sultan Mehmetin portretləri olan yük maşını keçib.
NOCOMMENT “Report”a istinadən xəbər verir ki, sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb.
Görüntülər sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.