Cəlilabad rayonunda intihar edən 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlunun tələbə olduğu məlum olub.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kursunda oxuyurmuş.
Universitetdən NOCOMMENT.az-a verilən məlumata görə, ll kurs tələbəsi Tural Hətəmov ADPU Cəlilabad filialının Tarixi-coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alıb:
“Tural ictimai aktivliyi ilə seçilən intellektual tələbəmiz idi. Tələbəmizin ailəsinə və yaxınlarına səbr diləyirik”.
Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.