Xəbər verdiyimiz kimi, bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.
NOCOMMENT.az Məhəmməd Əmin Rəsulzadənin görüntüsünün yer aldığı 1918-ci ilə aid rənglənmiş nadir tarixi videonu təqdim edir:
Qeyd edək ki, videoda 20 mart 1918-ci ildə Trabzon Sülh Konfransında iştirak edən nümayəndə heyətləri əks olunub. 20 mart 1918-ci ildə Trabzon Sülh Konfransında iştirak edən nümayəndə heyətləri əks olunub. Videoda Xəlil bəy Xasməmmədov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Mir Yaqub Mehdiyev, Əkbər ağa Şeyxülislamov, İbrahim bəy Heydərov, Məmməd Həsən Hacınski, Heydər bəy Abaşidze, eləcə də Akaki Çxenkeli, Georgi Qvazava, Rusudan Mikeladze, Georgi Lasxişvili, Aleksandr Xatisyan, Rauf (Orbay) bəy, Tevfik (Sağlam) bəy və digər şəxslər yer alır.
Məlumata görə, video 2021-ci ildə Fırat Gökdemir tərəfindən hazırlanaraq “YouTube”da yayımlanıb və Məhəmməd Əmin Rəsulzadənin nadir görüntüləri kimi qiymətləndirilir. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu bu çəkiliş zamanı 34 yaşında olub.
Sara












