Səfirimiz Rəsulzadəni məzarı başında andıbackend

Səfirimiz Rəsulzadəni məzarı başında andı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümü münasibətilə qardaş Türkiyədə də tədbir keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Rəsulzadə Ankarada, Əsri məzarlığındakı məzarı önündə anılıb.

Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçirilib. Türkiyədəki səfirimiz Rəşad Məmmədov bununla bağlı paylaşım edib.

“Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, Azərbaycanda milli istiqlal fikirlərinin yayılmasında önəmli rol oynamış Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür.

Bu münasibətlə Azərbaycan səfirliyi dövlət adamının məzarını ziyarət etmişdir”, – səfir sosial şəbəkədəki paylaşımında bildirilib.