Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə NOCOMMENT-ə mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
5. Tiflis prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Qara Qarayev prospekti – “Qara Qarayev” metrostansiyasıdan “Koroğlu” metrostansiyası istiqamətində;
8. Heydər Əliyev prospekti – Kənar yol, mərkəz istiqamətində.