Avqustun 10-da və 11-də Zəngəzurda Ermənistan-İran mədəniyyət və kulinariya festivalı keçiriləcək.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Turizm Federasiyasının rəhbəri Mexak Apresyan deyib.
Onun sözlərinə görə, festival “Turizmin inkişafına yardım” proqramı çərçivəsində keçiriləcək: “Dəstəyi həmçinin Turizm Komitəsi, Zəngəzur vilayətinin administrasiyası, eləcə də Qarakilsə icması verəcək. İranın Ermənistandakı səfirliyi və İslam Respublikasının digər məsul idarələri də fəal iştirak edəcəklər. Festival iki ölkənin yeni post-COVİD reallıqlarında mövqelərini gücləndirmək məqsədi daşıyır. Biz yeni mövqelər tutmalıyıq, genişlənməliyik. Bu proseslərdə daha rəqabətli mövqedən iştirak etməliyik”.