Qızının polis tərəfindən zorlandığını deyən qadına cinayət işi açıldıbackend

Qızının polis tərəfindən zorlandığını deyən qadına cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda yetkinlik yaşına çatmayan qızına polis əməkdaşı tərəfindən seksual xarakterli zorakılıq əməllərinin törədildiyini iddia edən qadın barəsindəki xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Lənkəran ŞRPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru Orxan Şahmarovun rayonun Osaküçə kənd sakini, 1988-ci il təvəllüdlü Vüsalə Əliyeva barəsindəki Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə şikayəti əsasında hökm elan edilib.

Hökmə əsasən V.Əliyeva Cinayət Məcəlləsinin 148-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək ona 360 saat ictimai iş cəzası verilib. 147-ci, yəni təhqir maddəsi ilə bağlı iddia isə təmin edilməyib və bu maddə ilə V.Əliyevaya bəraət verilib.

Qeyd edək ki, V.Əliyeva mətbuatda bir neçə dəfə çıxış edərək 2004-cü il təvəllüdlü qızının O.Şahmarov tərəfindən bir neçə dəfə cinsi təcavüzə məruz qaldığını iddia edib.

Daha sonra V.Əliyevanın yetkinlik yaşına çatmayan qızı ilə cinsi əlaqədə olmuş başqa şəxs barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

O.Şahmarov isə bundan sonra Lənkərandakı vəzifəsindən azad edilərək başqa bir rayona eyni vəzifəyə göndərilib.