Ermənistanda Azərbaycan vətəndaşı olmaq istəyənlərə qarşı cinayət işi başlanıldıbackend

Ermənistanda Azərbaycan vətəndaşı olmaq istəyənlərə qarşı cinayət işi başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başlanılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Ermənistan vətəndaşı V.Q. hələ 2017-ci ildə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb, onlara erməni dövlətinə qarşı təxribatçı fəaliyyət göstərməyə kömək edib, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyi ilə daim əlaqədə olub. O, avqustun əvvəlində videomüraciətlə çıxış edib, Ermənistan vətəndaşlığından imtina edib və ona Azərbaycan vətəndaşlığının verilməsi üçün xahiş edib”, – deyə məlumatda bildirilib.

Analoji ittiham Ermənistan vətəndaşı İ.V.-yə qarşı da irəli sürülüb. O, Türkiyədə, İstanbulda yaşayıb və xarici kəşfiyyat tərəfindən işə götürülüb. Həmin şəxs vaxtaşırı sosial şəbəkələrdə ermənilər əleyhinə bəyanatlar verib, Azərbaycan hakimiyyətini, onların siyasətini tərifləyib, Ermənistanı və onun 44 günlük müharibədə fəaliyyətini tənqid edib.

İ.V. də Azərbaycan vətəndaşlığını istəyib və Xankəndidə (Stepanakert), lakin Azərbaycanın yurisdiksiyasında məskunlaşmaq istəyib.

Hər iki epizod üzrə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi açılıb.