Bu ilin ilk 7 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 767 mənzil satın alıblar.
NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədə 65 mənzil alıblar.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyul ayında Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin azalıb. Belə ki, 2021-ci ilin iyul ayında azərbaycanlılar Türkiyədə 127 mənzil almışdılar.
Onu da bildirək ki, son 8 ildə Azərbaycan vətəndaşları Türkiyədə 8 min 373 mənzil alıblar:
İllər | Mənzillərin sayı |
2015 | 815 |
2016 | 610 |
2017 | 942 |
2018 | 1 250 |
2019 | 1 191 |
2020 | 1 279 |
2021 | 1517 |
2022 (yanvar-iyul) | 767 |
Cəmi | 8 373 |
Qeyd edək ki, bu ilin ilk 7 ayı ərzində Türkiyədən ən çox Rusiya (6 min 877 mənzil), İran (5 min 315 mənzil), İraq (4 min 405 mənzil), Qazaxıstan (1 607 mənzil) və Almaniya (1 577 mənzil) vətəndaşları ev alıb.