Səlim Müslümov məhkəmədə özünü təqsirli bilibbackend

Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub.

İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib.

Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs mənimsədiyi 27 milyon manatın 20 milyon manatını dövlət büdcəsinə qaytarıb.

Daha sonra ifadə verən S.Müslümov özünü təqsirli bilib. Sabiq nazir ittihamın mənimsəmə və israf etmə hissəsi ilə bağlı razı olmadığını deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.