Ailə üzvlərinə işgəncə verdi, atasını döyərək öldürdü – AĞIR CƏZAbackend

Ailə üzvlərinə işgəncə verdi, atasını döyərək öldürdü – AĞIR CƏZA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində əzab vermədə və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Namiq Səfərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Namiq Səfərov 1948-ci il təvəllüdlü atası zərərçəkmiş Fərmail Səfərov (soyadı şərti), anası və övladları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz ünvanda yaşayıb. O, mütəmadi olaraq spirtli içki qəbul edib, həmin şəxsləri 2017-ci ildən 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda mübahisə zamanı döyərək onlara əzab verib.

Namiq 16 avqust 2023-cü il tarixdə, saat 23 radələrində evdə olarkən növbəti dəfə spirtli içki qəbul edib. Atası Fərmail ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirib. Sonra o, aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənlərin üzərində dayanan atasına əvvəlcə şillə vurub, daha sonra sinə nahiyəsinə qəsdən təpiklə zərbə endirib. Ağır xəsarət alan yaralı müalicə aldığı xəstəxanada ölüb.

Hadisədən sonra Namiq Səfərov cinayət məsuliyyətinə cəlb edilib.