Türkiyə ordusu İraqın şimalında terrorçulara ağır zərbələr endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində 5 terrorçu zərərsizləşdirilib.
“Mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər əzm və qətiyyətlə davam edəcək”, – deyə açıqlamada qeyd olunub.