AAYDA: Zəfər yolu cəmi 2 ay ərzində genişləndirilibbackend

AAYDA: Zəfər yolu cəmi 2 ay ərzində genişləndirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşanın işğaldan azad edilməsinin mənəvi rəmzi – “Zəfər yolu”nun genişləndirilərək inşasını davam etdirir.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddətndə görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.

“Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini AAYDA-ya məxsus “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” və “7 nömrəli Magistral Yolların İstismarı” MMC-lərlə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.