“Bu yolda qışda palçıqdan, yayda isə toz-torpaqdan hərəkət edə bilmirik” – VİDEObackend

“Bu yolda qışda palçıqdan, yayda isə toz-torpaqdan hərəkət edə bilmirik” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunun Ergi kəndi və qəsəbəsinin yolları yararsız vəziyyətdədir.

NOCOMMENT.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər qışda palçıqdan, yayda isə toz-torpaqdan hərəkət edə bilmirlər.

Sakinlər deyirlər ki, yolda hərəkət və rayon mərkəzinə gediş-gəlişləri problemə çevrilib.

Ergi kəndi Ağcabədi rayonunin Muğanlı kəndi ilə sərhəddə yerləşir. Sakinlər deyirlər ki, Muğanlı kəndinə qədər asfalt çəkilib. Ancaq 1000 nəfərdən çox əhalisi olan Ergi kəndinə asfalt çəkilmir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Xəzər Xəbər”ə açıqlamasında Ergi kəndinin yolunun təmirinin investisiya proqramına salındığını bildirib. Onun sözlərinə görə, vəsait ayrılandan sonra kəndə asfalt örtüklü yol çəkiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.