AB və ÜST Azərbaycana yeni avadanlıqlar verəcəkbackend

AB və ÜST Azərbaycana yeni avadanlıqlar verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi və ÜST-nin birgə həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi” çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə peyvəndlərin soyuq zəncir prinsipinə uyğun olaraq daşınması və saxlanılması üçün avadanlıqların təhvil verilməsi planlaşdırılır.

Bu barədə NOCOMMENT.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.

Layihə çərçivəsində indiyədək paytaxt və bölgələrdəki tibb müəssisələrində çalışan 673-ü həkim və 2204-ü tibb bacısı olmaqla ümumilikdə peyvəndləmə prosesində iştirak edən 2877 tibb işçisinə təlimlər keçirilib.